"Sabah legionerinə yeni müqavilə təklif etdi

  • Bu gün, 16:32

"Sabah" müqaviləsi başa çatan Stas Pokatilovu komandada saxlamaq istəyir.

Sportlife.az vesti.kz saytına istinadən xəbər verir ki, Azərbaycan Kubokunun qalibi qazaxıstanlı qapıçıya yeni müqavilə təklif edib.

Masazır təmsilçisi növbəti mövsümdə də "çərçivə"ni Pokatilova əmanət etməyi planlaşdırır.

Qeyd edək ki, Stas Pokatilov ötən mövsümün ikinci yarısında "Sabah"a qoşulub. 32 yaşlı qolkiper komandanın heyətində 19 rəsmi matçda meydana çıxıb.


Paylaş: