
"Latsio"nu "Napoli"yə dəyişir
"Latsio"nun vingeri Mattia Zakkani bu yay "Latsio"dan ayrıla bilər.
Sportlife.az xəbər verir ki, bu ay 30 yaşı tamam olan cinah oyunçusu ilə Napoli" maraqlanır.
Futbolçu bu yaxınlarda Roma klubu ilə müqaviləsini 2029-cu ilə qədər uzadıb. Bununla belə, "Latsio"nun avrokuboklara vəsiqə qazana bilməməsi və Mauritsio Sarrinin baş məşqçi postuna qayıtması onun gələcəyini sual altına salıb.
Zakkani ötən mövsüm 46 matçda 10 qol vurub və 9 məhsuldar ötürmə edib.