PSJ-li futbolçunun evinə basqın

  • 3 İyun 2025, 10:34

PSJ-nin yarımmüdafiəçisi Fabian Ruisin evinə basqın edilib.

Sportlife.az xəbər verir ki, bu barədə “Le Parisien” nəşri məlumat yayıb.

İspaniyalı futbolçunun evini qarət etmək cəhdi bazar ertəsi, parislilərin Çempionlar Liqasındakı qələbəsini qeyd etdikdən bir gün sonra baş verib.

Qeyd olunur ki, cinayəti törədən iki azyaşlı hadisə yerində yaxalanıb.


Paylaş: