"Şalke" Kariusu buraxmadı

  • 4 İyun 2025, 11:09

"Şalke" qapıçı Loris Kariusla müqaviləni uzatmaq üçün danışıqlar aparır.

Sportlife.az xəbər verir ki, 31 yaşlı qolkiper yanvar ayından Gelzenkirxen klubunda çıxış edir.

iddiaya görə, "Şalke" futbolçu ilə 2 illik müqaviləni razılaşdırıb. Futbolçunun hazırkı sözləşməsi iyunun sonunda başa çatacaq.

Bu mövsüm Karius 2-ci Bundesliqada 4 matç keçirib və 5 qol buraxıb. O, bir görüşdə qapısını toxunulmaz saxlamağı bacarıb.


Paylaş: