
Yamaldan "10" nömrə açıqlaması
"Barselona"nın futbolçusu Lamin Yamal gələn mövsüm 10 nömrəli formanı geyinəcəyi ilə bağlı yayılan xəbərlərə münasibət bildirib.
Sportlife.az xəbər verir ki, 17 yaşlı vinger bunun o qədər də önəmli olmadığını söyləyib:
"Hazırda 19 nömrə altında oynayıram. Bu, mənim çox xoşuma gəldi və mənə şans gətirdi. Avropa çempionatında çox yaxşı oynadım, indi isə "Barselona"da işlərim əla gedir. Klub rəhbərliyi mənə nömrəmi dəyişməli olduğumu bildirənə qədər 19 nömrəni geyinməyə davam edəcəyəm. Heç bir nömrə altında oynamaq mənə əlavə təzyiq yaratmır.
Hazırda 10 nömrə əla futbolçu olan Ansuya məxsusdur, ona çox yaraşır”.