
"Qarabağ" Estoniya Kubokunu qazandı
“Qarabağ” minifutbol üzrə Estoniya kubokunun qalibi olub.
Sportlife.az xəbər verir ki, həlledici qarşılaşmada "Qarabağ" "Şipiyard” klubuna 4:2 hesabı ilə qalib gəlib.
Qeyd edək ki, bir həftədən sonra minifutbol üzrə Estoniya çempionatı start götürəcək və onun qalibi ölkəni Çempionlar Liqasında təmsil etmək imkanı qazanacaq.