Milan nəhənglərinin oyunları ABŞ-da?

  • Bu gün, 12:40

İtaliyanın "Milan" və "İnter" klublarının ev oyunları ABŞ-də keçirilə bilər.

Sportlife.az xəbər verir ki, bu barədə A Seriyasının prezidenti Etsio Maria Simonelli açıqlama verib.

Qurum rəhbəri 2026-cı ildə İtaliyada təşkil olunacaq Qış Olimpiya Oyunlarının açılış mərasiminə hazırlıq məqsədilə "San Siro"nun təmirə bağlanacağı bir vaxtda hər iki klubun ev oyunlarını ABŞ-də keçirməsini təklif edib. Ancaq prezident bunun üçün UEFA-dan razılıq alınmalı olduğunu və müəyyən proseslərin həyata keçirilməsinin vacibliyini vurğulayıb.

Qeyd edək ki, Milan şəhərini təmsil edən İtaliya klubları A Seriyasında ev oyunlarını "San Siro" stadionunda keçirir. "İnter" hazırda 74 xalla turnir cədvəlinin ikinci pilləsindədir. 60 xala malik "Milan" isə səkkizincidir.


Paylaş: