"Səbail" I Liqaya düşdü

  • Dünən, 18:57

Azərbaycan Premyer Liqasının XXXIV turunda “Zirə” səfərdə “Səbail”i məğlub edib.

Sportlife.az xəbər verir ki, “ASCO Arena”da keçirilən görüş qonaqların 1:0 hesablı qələbəsi ilə yekunlaşıb.

Yeganə qolu 90+1-ci dəqiqədə Davit Volkov vurub.

Bu nəticədən sonra xallarının sayını 70-ə yüksəldən Rəşad Sadıqovun baş məşqçisi olduğu komanda ikinci pillədə qərarlaşıb. Hazırda 22 xalla turnir cədvəlinin sonuncu - 10-cu pilləsində olan “Səbail”in isə I Liqaya düşdüyü dəqiqləşib.

Qeyd edək ki, turun ötən gün baş tutan “Sabah” - “Şamaxı” matçında meydan sahibləri 3:1 hesablı qələbə qazanıb.


Paylaş: