
Madridin bir klubundan digərinə
"Atletiko" klubu İspaniyanın digər təmsilçisi "Real"ın qapıçısı Andrey Lunini transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, ukraynalı qolkiper baş məşqçi Dieqo Simeonenin heyətdə görmək istədiyi əsas oyunçulardandır.
Qapıçının "Real" ilə müqaviləsinin müddəti 2030-cu ilə qədərdir. Lakin sərfəli təklif gələcəyi təqdirdə, klubun onu satacağı bildirilib.
Qeyd edək ki, A.Lunin cari mövsümdə meydana çıxdığı 12 matçın dördünü qol buraxmadan başa vurub.