PFL ən yaxşıları açıqladı

  • Bu gün, 15:40

“Ayın qolu” layihəsində aprel ayının qalibləri müəyyənləşib.
Sportlife.az xəbər verir ki, Azərbaycan Premyer Liqasında David Qomis, I Liqada İbrahim Əliyev və II Liqada Elgün Abbaslı qalib olub.
Qeyd edək ki, II Liqa çərçivəsində keçirilən səsvermə zamanı 2 oyunçunun qolu 5 xal toplayıb. Belədə şərtlərə əsasən, yekun qərarın verilməsi Peşəkar Futbol Liqasının səlahiyyətləri daxilindədir. Daxili səsvermənin yekunlarına görə, “Füzuli”nin futbolçusu Elgün Abbaslının qolu ən yaxşı seçilib.

Paylaş: