"Qarabağ"ın sürpriz transferi son anda alınmadı

  • Bu gün, 10:16

Braziliyadan “Qremio”nun yarımmüdafiəçisi Qabriel Silva “Qarabağ”ın maraq dairəsinə düşüb.

Sportlife.az sougremio.com saytına istinadən xəbər verir ki, klublar arasında aparılan danışıqlar da müsbət nəticələnib.

Belə ki, razılığa əsasən, 22 yaşlı pleymeykerin gələcəkdə “Qarabağ”dan başqa kluba transferi təqdirində əldə ediləcək məbləğin 25 faizi “Qremio”ya çatacaqdı.

Braziliya klubu keçidə razılıq versə də, Silva özü Azərbaycan çempionuna “yox” deyib. O, “Qremio”da qalmağı üstün tutub.

Lakin Braziliya klubunun məşqçi korpusu oyunçunu əsas heyətdə düşünmür. Bu səbəbdən Qabriel hazırda əvəzedici komandada məşq etməklə kifayətlənir.

Qabriel Silvanın “Qremio” ilə müqavilə müddəti bu ilin sonuna qədərdir.


Paylaş: