
Gəncə klubunda braziliyalı legioner
"Gəncə" heyətini braziliyalı voleybolçu ilə gücləndirib.
Sportlife.az xəbər verir ki, Qərb təmsilçisi Qabriela Oliveyra ilə bir mövsümlük müqavilə imzalayıb.
Voleybolçu ötən mövsüm Perunun "Universitario de Deportes" komandasında çıxış edib. Oyunçu karyerası ərzində Braziliya, Misir, Çin Taypeyi və İsveçdə də forma geyinib.