
"Azərbaycan millisi yaxşı komandadır"
Belarus millisinin baş məşqçisi Karlos Alos Azərbaycana qalib gəldikləri yoldaşlıq oyunundan sonra fikirlərini bölüşüb.
Sportlife.az xəbər verir ki, mütəxəssis 2:0 hesabıyla bitən matçla bağlı bunları söyləyib:
– Oyunçularımı bugünkü oyuna görə təbrik edirəm. Yaxşı performans sərgilədik. Oyunu idarə etdik, ilk hissədə hər iki komandanın şansları oldu. Düşünürəm ki, oyuna ümumi nəzarət bizdə idi. Nəticədən razı qaldım.
– Tacikistana qarşı oyun, yoxsa bu matç çətin keçdi?
– Düşünürəm ki, bugünkü matç daha fərqli və çətin idi. Azərbaycan millisi yaxşı komandadır. Daha əvvəl bu rəqibə uduzmuşduq. Azərbaycanın potensialı böyükdür. Tacikistanla oyun da fərqli havada olmuşdu və öz çətinlikləri var idi. Qismən müqayisədə Azərbaycanla matç nisbətən çətin idi.
– Azərbaycanda oynayan belaruslu futbolçular var. Onları izləyirsinizmi?
– Onları izləyirik. Sadəcə, millidə olmaq üçün çox oynamalısan. Boqomolski komandasında az şans qazanır. Ümumilikdə bütün belaruslu futbolçuları izləyirik.
– Azərbaycan millisi DÇ-2026-da Fransa, İslandiya və Ukrayna ilə oynayacaq. Sizcə, bu milli ilə mundialda nəsə uğur əldə etmək olar?
– Özümün çox işim var. Başqa komandalar haqda düşünmürəm. Mundialda hər komandanın şansları olur. Mən öz işimə, komandama köklənirəm. Azərbaycan niyə də uğurlu olmasın? Çətindir, amma futbolda hər şey mümkündür.