"Azərbaycanla matçda sübut etdik ki..."

  • Dünən, 18:02

Qadın futbolçulardan ibarət Belarus yığmasının baş məşqçisi Vladimir Şindikov Minskdəki təlim-məşq toplanışı çərçivəsində Azərbaycan millisinə qarşı keçirilən yoldaşlıq oyunlarını dəyərləndirib.

Sportlife.az xəbər verir ki, mütəxəssis komandasının çıxışından razı qalıb.

Onun fikrincə, bu oyunla daha böyük nailiyyətlərə layiqdirlər: “Milliyə çağırdığımız bütün qızlar burada oynamağa layiqdirlər. Heyətə cəlb olunan bütün futbolçuları Azərbaycana qarşı keçirilən iki oyunda meydana buraxmağa çalışdıq. Qızlarımız Azərbaycan önündə yaxşı oynadılar, özlərini sübut etdilər. Hətta bir həftəlik təlim-məşq toplanışı zamanı işə yanaşmaları ilə göstərdilər ki, komandada yer almağa hazırdırlar. Azərbaycanla matçda sübut etdik ki, bu heyətlə millimiz irəliləyəcək”.

Qeyd edək ki, Belarus yığması millimizlə yoldaşlıq görüşlərində müvafiq olaraq 3:0 və 2:0 hesablı qələbə qazanıb.


Paylaş: