FIFA reytinqində növbəti geriləmə

  • 26 Mart 2025, 16:52

Milli komandaların FIFA reytinqində bir çox yerdəyişmə olacaq.

Sportlife.az xəbər verir ki, Azərbaycan millisinin mövqeyində də dəyişiklik görəcəyik.

Haitiyə (0:3) və Belarusa (0:2) məğlubiyyət yığmamızın növbəti sıralamada 2 addım da geriləməsinə səbəb olacaq. Bu yenilgilər ucbatından 5,92 xal itirən Fernandu Santuşun yetirmələri FIFA reytinqində 119-cu pilləyə düşəcək. Komandamızın hesabında 1152,78 xal olacaq. Liviya və Zimbabve də komandamızı geridə qoyacaq.

Qeyd edək ki, FIFA-nın növbəti reytinq cədvəli aprelin 3-də açıqlanacaq.


Paylaş: