Millimizin yeni məşqçisi: "Ondan çox şey öyrənəcəyimə əminəm"

  • Dünən, 13:42

"Sabah"ın sabiq məşqçisi Rəşad Eyyubov bundan sonra Azərbaycan millisində Fernandu Santuşun köməkçisi kimi çalışacaq.

Sportlife.az xəbər verir ki, 30 yaşlı mütəxəssis təyinatı barədə bunları deyib:

"Milli komandada işləmək hər bir azərbaycanlı üçün şərəfdir. AFFA rəhbərliyindən təklif gəldikdə çox da düşünmədən razılıq verdim. Çünki milli komanda hər bir məşqçinin işləmək üçün arzuladığı yerdir. Vaxtilə futbolçu kimi formasını geyindiyim milli komandaya məşqçi kimi qayıtdığım üçün çox xoşbəxtəm. Üstəlik, Fernandu Santuş kimi böyük mütəxəssisin yanında işləyərək məşqçilik təcrübəmi də artıra bilərəm. Santuş illərin təcrübəsidir, ondan çox şey öyrənəcəyimə əminəm".

Onun milli komanda ilə müqaviləsinin müddəti 2028-ci ilə kimi nəzərdə tutulub.


Paylaş: