Santuş media qarşısına çıxacaq

  • Dünən, 10:09

Yoldaşlıq görüşü çərçivəsində iyunun 7-də, Riqadakı “Skonto” stadionunda keçiriləcək Latviya - Azərbaycan oyunu öncəsi təşkil olunacaq mətbuat konfranslarının və açıq məşqlərin vaxtı açıqlanıb.

Sportlife.az xəbər verir ki, Bakı vaxtı ilə saat 12:30-da ev sahibi komandanın açıq məşqi, 16:30-da mətbuat konfransı olacaq.

Millimizin çalışdırıcısı Fernandu Santuş isə 18:45 jurnalistlərin qarşısına çıxacaq. Saat 19:30-da isə yığmamımızın media üçün açıq məşqi keçiriləcək.

Qeyd edək ki, iyunun 7-də oynanılacaq qarşılaşma saat 17:00-da başlayacaq.


Paylaş: