“Fujairah Open”də 2 medal

  • 15 Fevral 2025, 13:42

Birləşmiş Ərəb Əmirliklərində keçirilən “Fujairah Open”də Azərbaycan taekvondoçuları daha 2 medal qazanıblar.

Sportlife.az xəbər verir ki, kiçikyaşlılar arasında yarışda Malikəjdər Qalabəyov (36 kq) gümüş mükafata yiyələnib.

Fateh Sultanlı (40 kq) isə bürünc medala layiq görülüb.


Paylaş: