Azərbaycanda velosiped yarışı koronavirusa görə təxirə salındı

Azərbaycanda velosiped yarışı koronavirusa görə təxirə salındı

  • 3 Mart 2020, 16:25

Azərbaycan Velosiped İdmanı Federasiyası martın 10-dək bütün velosiped bölmələrində məşq və tədris prosesini dayandırıb.

Federasiyadan sportlife.az-a verilən məlumata görə, bu, koronavirus infeksiyasının ölkə ərazisində yarada biləcəyi təhlükənin qarşısının alınması məqsədilə həyata keçirilib.

Bundan başqa, martın 7-8-də nəzərdə tutulan şose velosipedi üzrə Bakı Kubokunun 1-ci mərhələsi də təxirə salınıb

Hazırda Respublika Velotrekində və digər velosiped bölmələrində tibbi-profilaktik və dezinfeksiyaedici tədbirlər həyata keçirilir.

 

Paylaş: