İranlı idmançı qıza təpik atdı - VİDEO

  • 20 Aprel 2024, 10:13

İranlı MMA döyüşçüsü Əli Heybati rusiyalı Arkadi Osipyana qarşı döyüşü başlamazdan əvvəl rinq qızını təpikləyib.

Sportlife.az xəbər verir ki, iranlı idmançı qızın omba nahiyəsinə təpik vurub. Qız Heybatiyə tərəf dönərək şikayətlərini bildirib və bundan sonra oktaqondan ayrılıb.

Qeyd edək ki, döyüşün yekununda Heybati Osipyana texniki nokautla məğlub olub. Döyüş bitdikdən sonra iranlı idmançı rinqçi qızdan üzr istəyib. O, hərəkətlərini emosiyaların və əsəblərin təzahürü kimi izah edib.


Paylaş: