Millimizin sabiq üzvü klubunu dəyişdi

  • 23 Yanvar 2025, 11:35

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin sabiq üzvü Kseniya Pavlenkonun yeni komandası bəlli olub.

Sportlife.az-ın əldə etdiyi məlumata görə, 33 yaşlı oyunçu “Milli Aviasiya Akademiyası”na keçib. Onunla mövsümün sonunadək müqavilə imzalanıb.

Yığmanın sabiq üzvü karyerası ərzində yerli klublarla yanaşı, Avropada “Viesti” (Finlandiya), “Porfira” (Yunanıstan), “Almatı” ( Qazaxıstan) və Asiyada “Fatima Bint Mubarak Akademiyası”nda (BƏƏ) çıxış edib.


Paylaş: