"Qarabağ"ın Avropa Liqasındakı 57-ci dueli
"Qarabağ" noyabrın 28-də Avropa Liqasında növbəti matçına çıxacaq.
Sportlife.az xəbər verir ki, bu dəfəki rəqib Fransanın "Lion" komandası olacaq. Qurban Qurbanovun yetirmələri 11 mövsümdür ki, Avropada əsas mərhələdə mübarizə aparır. Bunlardan 9-u Avropa Liqasına təsadüf edir.
"Qarabağ" indiyə kimi keçirdiyi 56 matçda 12 qələbə qazanıb, 13 dəfə heç-heçə edib və 31 qarşılaşmada isə məğlub olub. Təmsilçimiz Bakıda keçirdiyi oyunlarda isə 5 dəfə qələbəyə sevinib, 10 matçda heç-heçə edib, 11 görüşdə isə meydandan məğlubiyyətlə ayrılıb.
Ağdam klubunun bu turnirdə ən məhsuldar oyunçusu Abdullah Zubirdir. Fransalı futbolçu bu turnirdə 8 dəfə rəqiblərin qapısına yol tapmağı bacarıb.
"Köhlən atlar"ın AL-da ən böyükhesablı qələbələri "Düdelanj" (4:1), "Nant" və "Olimpiakos"la (hər ikisi 3:0) matçlarda olub.
"Lion" "Qarabağ"ın bu turnirdə qarşılaşdığı "Nant", "Monako" və "Sent-Entyen"dən sonra dördüncü Fransa klubu olacaq.
Xatırladaq ki, "Qarabağ" - "Lion" oyunu noyabrın 28-i Bakı vaxtıyla saat 21:45-də start götürəcək.