Süper Liqa klubu ingilis futbolçuyla yollarını ayırır
Süper Liqa klubu "Eyüspor" Conco Şelvi ilə yolları ayırır.
Sportlife.az insayder Ertan Süzgünə istinadən xəbər verir ki, tərəflər müqaviləni ləğv etmək üçün razılığa gəlib.
Şelvi bu ilin yayında azad agent kimi "Eyüpspor"a transfer olub. O, İstanbul klubunda 6 oyunda cəmi 202 dəqiqə meydanda olub.