
"Şamax"ı "Qarabağ"ı, "Sabah" "Neftçi"ni qəbul edir
Azərbaycan Premyer Liqasında sonuncu turun oyunları davam edir.
Bu gün 36-cı tur çərçivəsində azarkeşləri daha iki maraqlı qarşılaşma gözləyir.
İlk olaraq "Qarabağ" səfərdə "Şamaxı" ilə üz-üzə gələcək.
Daha sonra isə Masazırda "Sabah" "Neftçi"ni qəbul edəcək.
17:00 | "Şamaxı" - "Qarabağ"
Şamaxı şəhər stadionu
Baş hakim – Rauf Cabarov.
17:00 | "Sabah" - "Neftçi"
Bank Respublika Arena
Baş hakim – Tural Qurbanov
Turun daha iki oyunu sabah baş tutacaq:
17:00 | "Turan Tovuz" – "Kəpəz"
Tovuz şəhər stadionu
Baş hakim - Fərid Hacıyev
19:30 | "Araz-Naxçıvan" – "Zirə"
"Liv Bona Dea Arena"
Baş hakim - Cavid Cəlilov
Turun ilk oyunu artıq başa çatıb:
"Səbail" doğma meydanda "Sumqayıt"a 1:4 hesabı ilə məğlub olub.