
Fabreqas ardıcıl 2-ci dəfə...
"Komo"nun baş məşqçisi Sesk Fabreqas A seriyasında may ayının ən yaxşı çalışdırıcısı seçilib.
Sportlife.az xəbər verir ki, ispaniyalı mütəxəssis ikinci dəfə bu mükafata sahib çıxıb.
Fabreqas apreldə də bu ada layiq görülmüşdü.
Qeyd edək ki, "Komo" bu ay 38 yaşlı mütəxəssisin rəhbərliyi altında "Parma" (1:0) və "Kalyari" (3:1) üzərində qələbə qazanıb, "Verona" ilə də heç-heçə edib.