
"Real" ayrılığı açıqladı
"Real" Karlo Ançelottinin Madrid klubunun baş məşqçi postunu tərk edəcəyini açıqlayıb.
Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssisin "kral klubu"nun sükanı arxasında son matçı sabah La Liqanın XXXVIII turunda "Real Sosyedad"a qarşı olacaq.
65 yaşlı çalışdırıcının şərəfinə "Santyaqo Bernabeu" stadionunda mərasim keçiriləcək.
Qeyd edək ki, Ançelotti 2021-ci ildən "Real"ı çalışdırır. O, daha əvvəl 2013-2015-ci illərdə komandaya başçılıq edib.