
Pley-off matçının yeri və vaxtı dəqiqləşdi
2025/26 mövsümündə I Liqada çıxış etmək uğrunda pley-off oyununun yeri və vaxtı dəqiqləşib.
Sportlife.az xəbər verir ki, cari mövsüm I Liqada 9-cu yeri tutan klubla II Liqada 4-cü olan komanda arasında matç mayın 28-də keçiriləcək. “Difai” ilə “Haypers Quba” arasında qarşılaşma "ASCO Arena"da oynanılacaq. Görüş saat 16:00-da başlayacaq.
Matçla əlaqədar mayın 26-da AFFA-da görüş keçiriləcək, oyunun keçirilməsi ilə bağlı digər detallar müzakirə olunacaq. Tədbir saat 11:00-da başlayacaq.