
44 yaşında yeni klub tapdı
İspaniyanın 7-ci divizionunda çıxış edən "Rayo Sanlukenyo" Dani Quizanı transfer edib.
Sportlife.az xəbər verir ki, 44 yaşlı hücumçu ilə 1 illik müqavilə imzalanıb.
Ötən mövsüm Quiza İspaniyanın 5-ci divizionunda "Rotenya"da çıxış edib.
O, daha əvvəl "Fənərbağça", "Barselona", "Kadis", "Malyorka" və "Xetafe"də çıxış edib. İspaniya millisində də 21 oyun keçirib və 6 qol vurub.