UEFA üzr istədi

  • Dünən, 13:29

UEFA "Tottenhem"dən üzr istəyib.

Sportlife.az xəbər verir ki, qitə futbol qurumu Avropa Liqasının mükafatlandırma mərasimində medal çatışmazlığına görə bu addımı atıb.

"Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların sayındakı gözlənilməz uyğunsuzluq səbəbindən kifayət qədər medal olmadı. Mərasimə əvvəlcədən planlaşdırıldığından daha çox komanda üzvü, o cümlədən zədəli oyunçular qatıldı. Çatışmayan medallar dərhal paltardəyişmə otağında qalib komandaya təhvil verildi və bu səhvə görə üzr istəyirik", - deyə açıqlamada bildirilib.

Qeyd edək ki, "Tottenhem" Avropa Liqasının finalında "Mançester Yunayted”ə 1:0 hesabı ilə qalib gəlib. Mərasimdə London klubunun kapitanı Son Xın Min və daha iki nəfər medalsız qalıb.


Paylaş: