Neymar yığmaya niyə çağırılmadı?

  • Dünən, 14:30

Braziliya millisinin baş məşqçisi Karlo Ançelotti Neymarı 2026-cı il dünya çempionatının seçmə mərhələsində Çili və Boliviya ilə keçiriləcək oyunların heyətinə daxil etməməsinin səbəbini açıqlayıb.

Sportlife.az xəbər verir ki, italiyalı mütəxəssis futbolçunun keçən həftə yüngül zədə aldığı üçün heyətə daxil edilmədiyini bildirib:

"Neymarı, Braziliya millisini və azarkeşlərimizi hamı tanıyır. O, bütün digər futbolçular kimi komandada olmaq istəyir. Bunun üçün öncə özünü sübut etmək və dünya çempionatında nəyə qadir olduğunu göstərmək üçün həmişə hazır olmalıdır”.


Paylaş: