
"Qarabağ" Azərbaycanın "Zenit"idir"
Azərbaycan milli komandası və “Qarabağ” klubunun yarımmüdafiəçisi Aleksey İsayev “Qarabağ”ın Rusiya Premyer Liqasının Sankt-Peterburq təmsilçisi “Zenit”ə bənzədilib-bənzədilməməsi ilə bağlı sualı cavablandırıb.
Sportlife.az xəbər verir ki, 29 yaşlı futbolçu “Championat”a müsahibə verib.
- “Qarabağ” Azərbaycanın “Zenit”idir?
- Hazırda bu, tam olaraq belədir. İnfrastruktur baxımından da burada hər şey yüksək səviyyədədir. Öz bazamız var: çox keyfiyyətli iki meydan, trenajor zalı, hovuz. Futbolçular üçün lazım olan hər şey var.
Qurban Qurbanov əfsanədir və böyük insandır. Məndən inciməsin, amma belə deyəcəyəm: o, Azərbaycan futbolunun nəhəngidir. Necə kişi olmaq lazım olduğunu göstərən nümunədir. Biz hər gün həm meydanda, həm də meydandan kənarda necə davranmaq lazım olduğunu ondan öyrənirik.
Qeyd edək ki, İsayev Krasnoyarsk futbol məktəbinin yetirməsidir. O, əvvəllər “Yenisey”, “Zenit-2” və “Sabah” klublarında çıxış edib.