Cəlal oynadı, komandası uduzdu

  • Dünən, 15:50

Azərbaycan millisinin futbolçusu Cəlal Hüseynov "Arda"nın heyətində Bolqarıstan çempionatında növbəti oyununu keçirib.

Sportlife.az xəbər verir ki, bu dəfə rəqib “Slaviya” olub.

Səfər matçı "Arda"nın 0:2 hesablı məğlubiyyəti ilə yekunlaşıb. Start heyətində meydana çıxan Hüseynov görüşü əvəzlənmədən keçirib.

Qeyd edək ki, “Arda” 5 oyundan sonra 5 xalla 9-cu pillədə qərarlaşıb.


Paylaş: