
Milli komandada ilk
Almaniyalı Yens Kastrop Cənubi Koreya milli komandasına cəlb edilən ilk qarışıq əsilli əcnəbi futbolçu olub.
Sportlife.az xəbər verir ki, 22 yaşlı futbolçu ABŞ və Meksika ilə yoldaşlıq oyunları öncəsi yığmaya çağırılıb.
Düsseldorfda anadan olan Kastropun atası alman və anası koreyalıdır. O, karyerasına Almaniyada başlayıb və hazırda Mönhenqladbax "Borussiya"sında çıxış edir.
Qeyd edək ki, Kastrop əvvəllər “Köln” və “Nürnberq” klublarında da oynayıb.