
Bəhlul Mustafazadə: "Oyunun mahiyyətini bilirik"
“Qarabağ”ın futbolçusu Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasının pley-off mərhələsində sabah “Ferensvaroş”a qarşı keçirəcəkləri oyundan əvvəl təşkil olunan mətbuat konfransında iştirak edib.
Sportlife.az xəbər verir ki, müdafiəçi jurnalistlərlə görüşdə bunları deyib:
– Oyunun mahiyyətini bilirik. Hazırlıqlarımızı buna uyğun tamamlamışıq. Bizi gərgin və çətin oyun gözləyir. Matça hazırıq. Komanda şəklində əlimizdən gələni edəcəyik ki, yaxşı nəticə qazanaq.
– Bir azərbaycanlı futbolçu Çempionlar Liqasının liqa mərhələsində oynaya bilər…
– Mən buna qədər "Qarabağ"la iki dəfə pley-offda oynamışam, amma mərhələ keçə bilməmişik. Sabahkı oyuna daha sakit yanaşırıq. İki toplu üstünlüyün aradan qalxa biləcəyini bilirik. Maksimum sakitik və daha ağıllı olmağa çalışacağıq.