
"Borussiya"da 5 illik müqavilə
Dortmund "Borussiya"sı "Çelsi"nin yarımmüdafiəçisi Karni Çukvuemekanı transfer edib.
Sportlife.az xəbər verir ki, 21 yaşlı futbolçu Almaniya klubu ilə 5 illik müqavilə imzalayıb.
İddiaya görə, müqavilənin dəyəri 20 milyon avrodur. 2025-ci ilin fevralından Çukvuemeka icarə əsasında "Borussiya"da çıxış edir.