
"Qarabağ"a "Ferensvaroş"a qarşı
"Qarabağ" bu gün UEFA Çempionlar Liqasında pley-off mərhələsinin cavab görüşünə çıxacaq.
Sportlife.az xəbər verir ki, rəqib Macarıstanın "Ferensvaroş" klubu olacaq. Qarşılaşma saat 20:45-də başlayacaq.
Tofiq Bəhramov adına Respublika stadionunda keçiriləcək oyunu fransalı baş hakim Kleman Türpen idarə edəcək.
Bu komandalar arasında avqustun 19-da Budapeştdə keçirilmiş ilk matçda Azərbaycan təmsilçisi qələbə qazanıb - 3:1.