Dəyişməyən inadkarlar

  • Bu gün, 13:45

Yavaş-yavaş idman gündəmi hərəkətə gəlir, yeni mövsümün nəfəsi duyulmağa başlayır. Biz də qısa fasilənin ardından yenidən işimizin başındayıq. Yenə də yalnız xəbərləri çatdırmaqla kifayətlənməyəcək, həm də onları təhlil edib qiymətləndirəcəyik.

Ötən mövsüm də çalışdıq ki, müşahidə etdiyimiz boşluqları, ziddiyyətləri və çatışmazlıqları göstərək. Bəziləri bundan nəticə çıxardı. Bəziləri də gerçəyi qəbul etmək əvəzinə, bunu qərəz adlandırdı, bildiklərində inad etdilər. Təbii ki, bu, təəssüf doğurur.

Zatən mətbuatın nəyisə dəyişmək kimi bir funksiyası yoxdur. İşimiz çatışmazlıqları göstərməkdir. Dəyişiklik etmək səlahiyyəti və məsuliyyət aidiyyəti qurumların üzərinə düşür. Dəyişməyən hər şey zamanla geriyə gedir...

Əziz oxucu, biz bu mövsüm də gördüyümüz nöqsanları yazmağa, görmədiyiniz və bilmədiyiniz məqamlardan sizi xəbərdar etməyə davam edəcəyik. Çünki mətbuatın rolu yalnız müşahidəçi olmaq deyil, həm də cəmiyyətin gözü və yaddaşı olmaqdır.

Yeni mövsümdə hamıya uğurlar! 

Sportlife.az


Paylaş: