
"Arsenal" yeni transferlərə hazırlaşır
"Arsenal" "Bayer"in müdafiəçisi Pyero İnkapyeni transfer etmək istəyir.
Sportlife.az xəbər verir ki, 23 yaşlı futbolçu artıq “topçular”a keçməyə razılıq verib və londonlularla şəxsi müqavilənin şərtlərini razılaşdırıb.
"Arsenal" "Bayer"ə oyunçu üçün ilk təklifini etməyə hazırlaşır. Ekvadorlu müdafiəçinin icarəyə götürülməsi gündəmdədir.
İnkapye ötən mövsüm "Bayer"in heyətində 45 oyun keçirib, 3 qol vurub və 2 məhsuldar ötürmə edib.