
Gənc futbolçu "Everton"u seçdi
"Everton" "Sauthempton"dan 19 yaşlı cinah yarımmüdafiəçisi Tayler Diblinqi transfer edib.
Sportlife.az xəbər verir ki, İngiltərə gənclər yığmasının üzvü ilə 2029-cu ilədək müqavilə imzalanıb.
Müqavilənin dəyəri 40,5 milyon avrodur.
Daha əvvəl futbolçu ilə "Mançester Yunayted", "Çelsi", "Mançester Siti", "Tottenhem", "Bavariya" və "Leypsiq" klubları da maraqlanırdı.