Yığmamızdan ilk qələbə

  • Bu gün, 15:15

Azərbaycanın basketbolçu qızlardan ibarət U-16 millisi Avropa çempionatında ilk qələbəsini qazanıb.

Sportlife.az xəbər verir ki, B divizionunda yer alan komanda 17-19-cu yerlər uğrunda oyunda İrlandiyaya 64:62 hesabı ilə qalib gəlib.

Milli turnirdəki sonuncu matçını sabah, Şimali Makedoniya komandasına qarşı keçirəcək.


Paylaş: