
Avropa çempionu karyerasını bitirdi
"Milan"ın 34 yaşlı futbolçusu və İtaliya millisinin heyətində Avropa çempionu olmuş Alessandro Florenzi karyerasını başa vurub.
Sportlife.az xəbər verir ki, italiyalı müdafiəçi 2021-ci ildən Milan təmsilçisində çıxış edirdi. O, bu müddət ərzində cəmi 77 oyun keçirib, 3 qol vurub və 7 məhsuldar ötürmə edib.
"Milan"ın heyətində İtaliya çempionu və ölkə Superkubokunun qalibi olub.
Qeyd edək ki, Florenzi peşəkar karyerasının böyük hissəsini (2010 - 2022) keçirdiyi "Roma"nın yetirməsidir.