
İslandlar millimizlə oyun üçün heyəti açıqladı
İslandiya milli komandasının Azərbaycan və Fransa yığmaları ilə keçirəcəyi 2026-cı il dünya çempionatının seçmə mərhələ oyunları üçün heyəti açıqlanıb.
Sportlife.az xəbər verir ki, baş məşqçi Arnar Qunnlauqsson qarşıdakı matçlara 24 futbolçu dəvət edib:
Qapıçılar: Elias Rafn Olafsson ("Midtüllann", Danimarka), Hakon Rafn Valdimarsson ("Brentford", İngiltərə), Anton Ari Einarsson ("Breydablik")
Müdafiəçilər: Logi Tomasson ("Samsunspor", Türkiyə), Mikael Egill Ellertsson ("Cenoa", İtaliya), Daniel Leo Qretarsson ("Sönneryuske"), Sverrir İngi İnqason ("Panatinaikos", Yunanıstan), Aron Eynar Qunnarsson ("Əl-Qarafa", Qətər), Qudlauqur Viktor Palsson ("Horsens", Danimarka)
Yarımmüdafiəçilər: Byarki Steynn Byarkason ("Venetsiya", İtaliya), Gisli Qottskalk Tórdarson ("Lex Poznan", Polşa), İsak Berqmann Youhannesson ("Köln", Almaniya), Tourir Youhann Helqason ("Leççe", İtaliya), Stefaun Teytür Tourdarson ("Preston Nort End", İngiltərə), Hakon Arnar Haraldsson ("Lill", Fransa), Albert Qudmundsson ("Fiorentina", İtaliya), Kristian Nökkvi Hlinsson ("Tvente", Niderland), Villum Tor Villumsson ("Birmingem Siti", İngiltərə), Yon Daqur Torsteynsson ("Herta", Almaniya), Mikael Nevill Anderson ("Yurqorden", İsveç)
Hücumçular: Savar Atli Maqnusson ("Brann", Norveç), Andri Lukas Qudyonsen ("Gent", Belçika), Orri Staynn Oskarsson ("Real Sosyedad", İspaniya), Daniel Tristan ("Malmö", İsveç).
Qeyd edək ki, İslandiya millisi Azərbaycanla sentyabrın 5-də Reykyavik şəhərindəki "Leyqardalsvellür", Fransa ilə sentyabrın 9-da Parisdəki "Park de Prens" stadionunda qarşılaşacaq.