Olimpiya çempionu vəfat etdi

  • Bu gün, 16:31

Rusiyanın üzgüçülük üzrə Olimpiya çempionu Yuri Prisekin vəfat edib.

Sportlife.az xəbər verir ki, bu barədə ölkənin Su İdmanı Növləri Federasiyasının mətbuat xidməti məlumat yayıb.

63 yaşlı idmançının ölüm səbəbi açıqlanmayıb.

Qeyd edək ki, Prisekin 1980-ci ildə Moskvada keçirilən Olimpiadanın qalibidir. O, SSRİ komandasının tərkibində 4x200 m məsafəyə sərbəst üsulla estafetdə qızıl medal qazanıb.


Paylaş: