“Qarabağ” və “Neftçi” cərimələndi

  • Dünən, 16:13

Bu gün İntizam Komitəsi iclası keçirilib.

Sportlife.az PFL-ə istinadən xəbər verir ki, iclasda aşağıdakı qərarlar qəbul edildi:

Misli Premyer Liqası XIV tur

23 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Səbail” – “Qarabağ” oyununda “Qarabağ” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Qarabağ” klubu 700 manat cərimə edilir (maddə 37);

23 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Səbail” – “Qarabağ” oyununun 62-ci dəqiqəsində “Səbail” komandasının azarkeşləri tərəfindən lazer işıqdan istifadə edildiyinə görə “Səbail” klubu 500 manat cərimə edilir (maddə 52.5);

23 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Səbail” – “Qarabağ” oyunu bitdikdən sonra meydançaya kənar şəxslər daxil olduğuna görə “Səbail” klubu 800 manat cərimə edilir (maddə 51.2);

23 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Neftçi” – “Zirə” oyununun fasiləsində meydançaya kənar şəxslər daxil olduğuna görə “Neftçi” klubu 800 manat cərimə edilir (maddə 51.2);

23 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Turan Tovuz” – “Sabah” oyununda “Sabah” komandasının 4 futbolçusu sarı vərəqə aldığına görə “Sabah” klubu 700 manat cərimə edilir (maddə 37);

24 noyabr 2024-cü il tarixində Misli Premyer Liqasında XIV turun “Sumqayıt” – “Şamaxı” oyununun 78-ci dəqiqəsində “Sumqayıt” komandasının azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığına görə “Sumqayıt” klubu 800 manat cərimə edilir (maddə 52.1);


Paylaş: