"Liverpul"la oyun ÇL-in tarixinə düşdü
İngiltərənin “Liverpul” klubu UEFA Çempionlar Liqasının əsas mərhələsinin VIII turu çərçivəsində “Qarabağ”a qarşı keçirdiyi oyunda rekorda imza atıb.
Sportlife.az “Stata Football” teleqram kanalına istinadən xəbər verir ki, mersisaydlılar bu görüşdə rəqib qapısına ümumilikdə 38 zərbə endiriblər ki, bu da turnirin son 10 mövsümündə bir matç üçün qeydə alınan ən yüksək göstəricidir.
Yanvarın 28-də “Enfild” stadionunda baş tutan və slovakiyalı FIFA referisi İvan Krujlyakın idarə etdiyi qarşılaşma meydan sahiblərinin 6:0 hesablı qələbəsi ilə yekunlaşıb.