Bəhlul Mustafazadə zirvədə
"Qarabağ"ın müdafiəçisi Bəhlul Mustafazadə UEFA Çempionlar Liqasında ən çox blok edən futbolçudur.
Sportlife.az xəbər verir ki, 28 yaşlı oyunçu geridə qalan VIII tur ərzində 18 dəfə rəqib zərbəsinin qarşısını alıb.
Onun bu göstəricidə ən yaxın izləyicisi Kiprin "Pafos" klubunun üzvü David Luizdir. Braziliyalı ulduz futbolçunun 13 "blok"u var.
Ağdam təmsilçisinin digər müdafiəçisi Kevin Medina isə 12 "blok"la siyahının üçüncü pilləsində qərarlaşıb.
Qeyd edək ki, Bəhlul Mustafazadə "Qarabağ"ın Çempionlar Liqasının əsas mərhələsində keçirdiyi səkkiz oyunun hamısında iştirak edib və bir qolla yadda qalıb.