Azərbaycanda oynamış futbolçu Hindistan klubunda

  • Bu gün, 15:53

“Bakı”nın sabiq futbolçusu Alberto Noquera komandasını dəyişib.

Sportlife.az xəbər verir ki, ispaniyalı yarımmüdafiəçi yenidən Hindistanda çıxış edəcək.

36 yaşlı futbolçu Hindistan Superliqasında çıxış edən “Çennayin”ə keçib. Klub onun transferini rəsmən açıqlayıb. İspaniyanın “Rayo Maxadaonda” klubundan alınan futbolçu ilə mayın 31-nə qədər müqavilə bağlanıb.

Qeyd edək ki, Alberto Noquera "Bakı"da 2013-2014 mövsümündə çıxış edib. O, 2009-2012-ci illərdə "Atletiko"da oynayıb.


Paylaş: