Yığmamız Türkiyəyə yollandı
Şose velosipedi üzrə Azərbaycanın Elit/U-23 yığmasının üzvləri bu il nəzərdə tutulan beynəlxalq yarışlara hazırlıq məqsədilə Türkiyənin Alanya şəhərinə təlim-məşq toplanışına yola düşüb.
Sportlife.az xəbər verir ki, heyəti Musa Mikayılzadə, Süleyman Ələkbərov, Tural İsrafilov, Nofəl Nuriyev, Şahin Eyvazov, Əli Qurbanov, Maksim Trendelyov və Viktoriya Sidorenkodan ibarət komanda martın 16-dək qardaş ölkədə olacaq.
Bu müddət ərzində baş məşqçi Vladimir Buşanski və məşqçi Elçin Əsədovun rəhbərliyi altında hazırlıq prosesi keçəcək milli üzvləri Beynəlxalq Velosipedçilər İttifaqının (UCI) bayrağı altında Alanya və Antalya bölgələrində təşkil olunacaq beynəlxalq turnirlərdə də iştirak edəcəklər.