"Real" yeni baş məşqçisini tapdı

  • Bu gün, 16:30

"Real" baş məşqçi vəzifəsinə Unay Emerini təyin edə bilər.

Sportlife.az xəbər verir ki, Madrid klubu cari mövsümün sonunda məşqçi dəyişikliyi etmək qərarına gələrsə, ispan mütəxəssis əsas namizəd olacaq.

Onun mümkün təyinatı ilə bağlı danışıqlar bir neçə gün əvvəl aparılıb.

Xabi Alonsonun istefasından sonra Alvaro Arbeloa "Real"da baş məşqçi vəzifəsini icra etməyə başlayıb.

Xatırladaq ki, Emeri 2022-ci ildən "Aston Villa"nın baş məşqçisidir.


Paylaş: