ÇL-də həftənin oyunçusu
"Benfika"nın yarımmüdafiəçisi Andreas Şölderup Çempionlar Liqasında həftənin oyunçusu seçilib.
Sportlife.az xəbər verir ki, Norveçli futbolçu "Real"la matçda (4:2) iki qol vuraraq komandasının pley-offa yüksəlməsinə kömək edib.
Şölderup mükafat uğrunda mübarizədə "Liverpul"un yarımmüdafiəçisi Aleksis Makallister, "Çelsi"nin hücumçusu Joao Pedro və "Bayer"in yarımmüdafiəçisi Malik Tillmanı geridə qoyub.